Zakir Həsənov Çinin Mərkəzi Hərbi Şurasının sədr müavini ilə görüşüb

Xəbərlər

31.10.2023 - 16:17

Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Çin Xalq Respublikasına işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik HI Veydon ilə görüşüb. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş