Yunanıstandakı səfirimiz Bakıya çağırıldı

Xəbərlər

08.10.2020 - 15:32

Səfir məsləhətləşmələr üçün çağırılıb

 

“Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də Azərbaycan Respublikasına qarşı başlatdığı yeni təcavüz aktı çərçivəsində xarici ölkələrdən, o cümlədən, Yunanıstandan erməni əsilli vətəndaşların döyüşlərdə iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar tərəfimizdən Yunanıstan XİN-in diqqətinə çatdırılıb və bu xüsusda qarşı tərəfə müvafiq araşdırmaların aparılaraq məlumatın verilməsi müraciəti edilib”.

 

AYNA xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında öz əksini tapıb. XİN-in açıqlamasında qeyd edilib ki, bunun ardınca, Yunanıstan tərəfinin öz səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarı ilə əlaqədar, Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfiri məsləhətləşmələr üçün Bakıya çağırılıb.

Müəllif: Ayna.az