Yunanıstanda miqrant qayığı batıb, 5 nəfər ölüb

Dünya

14.12.2024 - 23:29

Həkimlər Klinikalar SEO Xidməti

Təxminən 39 nəfərin xilas edildiyi bildirilib

Egey dənizinin Yunanıstana aid hissəsində miqrantları daşıyan qayığın batması nəticəsində beş nəfər ölüb.

AYNA AFP-yə istinadən xəbər verir ki, Yunanıstan sahil mühafizəsi təxminən 39 nəfərin xilas edildiyini bildirib.

Qeyd olunub ki, axtarışlar davam etdirilir.

Müəllif: Ayna.az