Yolu keçən piyadanı maşın vurdu

Xəbərlər

18.12.2021 - 03:27

Həkimlər Klinikalar SEO Xidməti

Xəsarət alan piyada xəstəxanaya çatdırılıb

Biləsuvar rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Günəşli kəndindən keçən hissəsində olub.

Belə ki, hərəkətdə olan VAZ 21 06 markalı, 12 BB 510 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçmək istəyən Günəşli kənd sakini, 1988-ci il  təvəllüdlü Cəfərov Saleh Cahangir oğlunu vurub.

Qəzada xəsarət alan piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən S.Cəfərovun vəziyyəti həkimlər tərəfindən  orta ağır qiymətləndirilir. 

Surxay Şahbazov

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş