Yol polisindən valideynlərə müraciət

Xəbərlər

21.05.2025 - 16:35

Həkimlər Klinikalar SEO Xidməti

“Sükan arxasında əyləşmək böyük məsuliyyət tələb edir”

“Valideynlər övladlarına sükan arxasında əyləşməyi etibar edərkən ona təkcə nəqliyyat vasitəsi deyil, həm də bir öhdəlik də vermiş olurlar. Çünki avtomobilin idarə olunması yalnız texniki bacarıq deyil, qaydalara hörmət, təhlükəsizliyə yanaşma və cəmiyyət qarşısında məsuliyyət tələb edir”.

AYNA.AZ xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilib.

“Əgər həmin dəyərlər öyrədilmirsə, hədiyyə edilən sükan bir gün təəssüf və peşmanlıqla xatırlanacaq bir qərara çevrilə bilər. Unutmaq olmaz ki, avtomobili idarə etmək hər kəsin hüququdur, təhlükəsiz davranmaq isə borcdur”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş