Yol polisindən sürücülərə müraciət

Xəbərlər

18.08.2025 - 11:49

BDYPİ sürücüləri sükan arxasında telefondan istifadə etməməyə çağırır

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

BDYPİ-dən AYNA.AZ-a daxil olan müraciətdə bildirilir: “Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir. Həmin vərdiş təkcə qayda pozuntusu deyil, həm də özünü və başqalarını bilə-bilə təhlükəyə atmaqdır. Mobil telefondan istifadənin yaratdığı əsas təhlükələr isə aşağıdakılardır:

Diqqətin yayındırılması – Telefona baxan sürücü yolda baş verənləri vaxtında görə bilmir, piyadaları və digər nəqliyyat vasitələrini nəzərdən qaçırır;

Reaksiyanın ləngiməsi – Telefon sürücünün reaksiyasını 2–3 dəfə gecikdirir. Bu isə qəfil əyləc və ya manevr imkanlarını minimuma endirir;

Nəzarətin itməsi – Telefonla məşğul olan sürücü zolaqdan çıxır, təhlükəli manevrlər edir və məsafəni düzgün qiymətləndirmir.

Hörmətli sürücülər! Unutmayın ki, bir zəng və ya bir mesaj heç vaxt insan həyatından vacib ola bilməz. Sizin məsuliyyətli davranışınız hər kəsin təhlükəsizliyinə təminat verir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş