Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
Yevlaxda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, binanın birinci mərtəbəsində ümumi sahəsi 64 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxində 1 poqonometr mebel, 1 ədəd paltaryuyan maşın və 1 ədəd soyuducu qismən yanıb, yüksək temperaturdan mətbəxin 1 ədəd plastikdən ibarət qapısı əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.