Yevlaxda maşın su kanalına düşdü: sürücü və toyuna hazırlaşan qız ölüb

Hadisə

07.11.2022 - 11:08

Bir nəfər xəstəxanaya yerləşdirilib, bir nəfərin axtarışları davam edir

Daxili İşlər Nazirliyi (DİN) Yevlax rayonunda bu gün toyu olacaq qızın gözəllik salonuna gedərkən yol qəzasında ölməsi barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, noyabrın 7-də səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi BMW markalı avtomobili su kanalına aşırıb: “Nəticədə F.Qasımov və sərnişini Nuranə Hüseynova ölüblər. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib, su kanalında itkin düşən Günay Hüseynovanın axtarışları davam etdirilir”.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş