Yevlaxda bir ailə dəm qazından zəhərlənib

Xəbərlər

30.11.2021 - 00:35

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda ailənin bütün üzvlərinin vəziyyətləri stabildir

Yevlaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. AYNA-nın APA-ya xəbərinə görə, hadisə Yevlax şəhəri Fəxrəddin Kərimov küçəsində qeydə alınıb.

 

32 yaşlı Həsənova Elza Elsəvər qızı, 30 yaşlı Həsənova Brilliant Elsəvər qızı, 9 yaşlı Kərimov Mehdi Sadiq oğlu, 7 yaşlı Kərimova Rəhimə Sadiq qızı və 3 yaşlı Kərimov Məhəmməd Sadiq oğlu zəhərlənmə diaqnozu ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda ailənin bütün üzvlərinin vəziyyətləri stabildir. Onlar ilkin müalicə və müayinə olunduqdan sonra evə buraxılıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş