Yevlaxda avtomobillə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub 

Hadisə

22.09.2024 - 00:35

Həkimlər Klinikalar SEO Xidməti

Sentyabrın 21-də saat 19 radələrində Yevlax rayonu ərazisində 1985-ci il təvəllüdlü Elvin İbrahimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yevlax rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, araşdırma zamanı 1981-ci il təvəllüdlü Zamin Cavadovun Yevlax şəhəri Nizami prospekti ərazisində şəxsi münasibətlər zəmnində Elvin İbrahimovu avtomobillə vurması, daha sonra həmin avtomobillə sonuncunun üzərindən keçməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Z.Cavadov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş