Yevlax polisi əməliyyat keçirib

Xəbərlər

22.01.2024 - 15:54

Silah-sursat və narkotik vasitələr aşkar edilib

Yevlax rayonunda silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Taleh Bərxudarov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərində aparılan müvafiq axtarış zamanı əlindəki sintetik torbadan bir ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və üç ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, polis əməkdaşlarının yanvar ayı ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 10 nəfər saxlanılıb. Onlardan ümumilikdə iki kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Yevlax RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş