Tauranqadan 706 kilometr şimal-şərqdə 5,8 bal gücündə zəlzələ baş verib
Yeni Zelandiyanın Şimal adasında, Tauranqadan 706 km şimal-şərqdə, Sakit okeanda 5,8 bal gücündə zəlzələ baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Birləşmiş Geofizika Xidmətinin Altay-Sayan şöbəsi məlumat yayıb.
Şöbənin əməliyyat məlumatlarına əsasən, çərşənbə günü Moskva vaxtı ilə saat 2:51-də qeydə alınan zəlzələnin episentri Raul adasından təxminən 427 km cənubda (Kermadek Adası Qövsündə) olub.
Episentrdə baş verən titrəmənin intensivliyinə əsasən, zəlzələ "dağıdıcı" kimi qiymətləndirilir.
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,5 bal olaraq qiymətləndirib. Episentr 10 km dərinlikdə yerləşib.