Yeni seçki gözləntisi: təxribat və həqiqət

Aktual

21.05.2024 - 18:13

Müharibə davam etdikcə Zelenski Ukrayna Prezidenti olaraq qalacaq

May aynın 20-sindən etibarən Volodımır Zelenskinin legitimliyi və ölkədə yeni prezident seçkilərinin keçirilməsi ilə bağlı bir sıra informasiya təxribatı yayılır. Bu məsələ ölkə daxilində problemə çevirməyib.

Ukraynanın siyasi elitasının nümayəndələri və sadə vətəndaşlar müharibə zamanı seçkilərin keçirilməsi ideyasının absurdluğunu başa düşürlər. Amma ölkə hüdudlarından kənarda bu məsələnin sünni şəkildə şişirdilməsi cəhdləri görünür.

Rusiya təbliğatı bu məsələni xüsusilə aktiv şəkildə qızışdırır - o, artıq hazırkı Prezident Volodımır Zelenskinin səlahiyyət müddətinin 2024-cü ilin mayında başa çatacağını və Ukraynada prezident seçkilərinin keçirilməyəcəyini söyləyərək, onun qeyri-legitimliyindən danışmağa başlayıb.

Oxşar münasibəti bəzi siyasətçilər, məsələn, Rusiyanın müttəfiq ölkələrindən biri olan Belarusun lideri Aleksandr Lukaşenko da ifadə edir. Xüsusən də Belarus diktatoru Zelenskinin səlahiyyət müddətinin mayın sonunda başa çatacağını, ona görə də Kremlin təbliğatçıları ilə başqa görüşdə Putinlə sülh müqaviləsi imzalayanın olmadığını bildirib.

Ona görə də bu məsələni başa düşmək üçün bəzi aparıcı xarici KİV-lər, Ukraynanın hazırkı Prezidenti Zelenskinin beş illik səlahiyyət müddəti bitdikdən sonra özünü nə dərəcədə legitim hesab edə biləcəyini anlamağa qərar verib. Xüsusilə İngiltərənin nüfuzlu həftəlik jurnalı “The Economist” 16 may 2024-cü il tarixli məqaləsində, siyasətçilərin və ekspertlərin rəyləri əsasında yuxarıdakı məsələni ətraflı təhlil edərək rusları məyus edən nəticələrə gəlir.

Beləliklə, Ukrayna Konstitusiyasının 108-ci maddəsinə asasən, prezident  yeni seçilmiş dövlət başçısı (yeni prezident) vəzifəyə başlayana qədər səlahiyyətlərini həyata keçirir. “The Economist” vurğulayır ki, Ukraynada hərbi vəziyyət davam etdikcə mövcüd Prezident öz səlahiyyətlərini davam etdirəcək. Və nəşr bu gün Ukraynada heç bir siyasi və hüquqi böhranın olmadığını yazır.

Nüfuzlu dərgi xatırladır ki, Ukrayna Konstitusiyasını hazırlayanlar arasında Sovet düşərgələrdən keçən dissidentlər, görünür, Rusiyanın mümkün işğalını nəzərə alaraq belə bir maddə hazırlayıblar. Onlar aydın başa düşürdülər ki, Rusiya Ukraynaya nə vaxtsa hücum edəcək. İndi isə o vaxt gəldi.

Bundan əlavə, “The Economist” belə nəticəya gəlir ki, bu gün Ukrayna cəmiyyətində Zelenskinin prezidentliyinin qanuniliyi ilə bağlı konsensus mövcudür. Ukraynalılar hesab edirlər ki, Rusiya təcavüzünə son qoyulandan sonra yeni seçkilər keçirilməlidir.

Asif Əliyev,

Ukraynadan AYNA üçün

Müəllif: Ayna.az