“Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir” – <font color=red> Vəkil</font>

Aktual

20.08.2020 - 23:25

Həkimlər Klinikalar SEO Xidməti

Adil İsmayılov: “Yaxın günlərdə ev dustaqlığı barədə məhkəməyə müraciət etməyi düşünürük”

 

Həbs edilmiş Azərbaycanın Serbiyadakı keçmiş səfiri Eldar Həsənovun vəkili Adil İsmayılov onun hansı şəraitdə saxlanılması barəsində məlumat verib. AYNA xəbər verir ki, vəkil bu barədə “Facebook” profilində qeyd edib.

 

“Eldar Həsənovla 30 ildən artıq müddətdir ki, şəxsi tanışlığımız var. E.Həsənov 13 avqust 2020-ci il tarixdə səhər saat 9 radələrində evindən çıxaraq XİN-ə yeni nazirlə əvvəlcədən razılaşdırılmış görüşə gedərkən DTX əməkdaşları tərəfindən saxlanılıb və oraya gətirilib. Bundan sonra onun arzusu ilə məni dəvət ediblər və müdafiəçi kimi işdə iştirak etməyə buraxılmışam”, - deyə İsmayılov vurğulayıb.

 

Vəkil bildirib ki, Eldar Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməməkdə ittiham olunur: “O, ittihamları qəbul etmir, həbsini qərəzli, əsassız hesab edir və saxlanıldıqdan bu günə kimi ifadə verməkdən imtina edib, heç bir ifadə verməyib. O, həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümidini itirməyib. Onun səhhətində problemlər var, həkim olmadığım üçün, həm də onun xahişi ilə bu barədə ətraflı heç nə deyə bilmərəm. Yaxın günlərdə ev dustaqlığı barədə məhkəməyə müraciət etməyi düşünürük. Hələlik deyə biləcəklərim bu qədərdir”.

Müəllif: Ayna.az