Bu sənəd beynəlxalq hüququn əsas norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır
Milli Məclis Fransa Senatının «Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti» adlı qətnamə təklifinə etiraz bəyanatı qəbul edib.
AYNA xəbər verir ki, Azərbaycan Parlamentinin bəyanatında Fransa Senatının Qarabağın qondarma qurumu ilə bağlı qətnaməsi pislənilir və qeyd edilir ki, bu sənəd beynəlxalq hüququn əsas norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Bəyanatı Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatının mətnini hazırlayan komissiyanın üzvü, deputat Cavanşir Feyziyev səsləndirib.