Yeni icra başçısı təyin olunub

Xəbərlər

05.03.2020 - 14:37

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət başçısı növbəti sərəncam imzalayıb

 

Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilməsi barədə sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

 

Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.

 

Qeyd edək ölkə rəhbərinin bundan öncəki sərəncamı ilə Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş