Yaşı 65-dən yuxarı olanların evdən çıxmaması tövsiyə olunur

Cəmiyyət

09.06.2020 - 20:12

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlər Kabineti: Yaşı 65-dən çox olan şəxslər küçəyə çıxmasınlar

 

Nazirlər Kabineti yanında Operativ Qərargah yaşı 65-dən çox olan şəxslərə müraciət edib.

 

AYNA xəbər verir ki, müraciətdə deyilir: 

 

"Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, digər günlərdə 65 yaşdan yuxarı insanların ciddi zərurət olmadan yaşayış yerlərindən və ya olduğu yerlərdən çıxmamaları tövsiyə olunur. Eyni zamanda kütləvi yoluxma hallarının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejimi müddətində respublika üzrə ictimai yerlərində, bulvarlarda və parklarda, ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağanına, qoruyucu vasitələrdən istifadə edilməsi qaydalarına ciddi əməl olunması tələb edilir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş