Hadisə 16 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində meydana çıxıb
Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 47 ünvanında baş vermiş yanğın söndürülüb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 16 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində mənzildə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.