“YAŞAT” Fondu qazini müasir eşitmə aparatı ilə təmin edib

Xəbərlər

08.02.2021 - 17:51

Həkimlər Klinikalar SEO Xidməti

Üç şəhidin yaxınlarının müalicə xərcləri Fond tərəfindən qarşılanıb

 

“YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.

 

Fonddan AYNA-ya verilən məlumata görə, qazi Qurban Ələkbərli “YAŞAT” Fondu tərəfindən müasir eşitmə aparatı ilə təmin edilib.

 

Şəhidimiz Kamran Qasımovun anası Naila Qasımovanın, şəhidimiz Teymur Həsənovun atası Mahal Həsənovun əməliyyat xərcləri, şəhidimiz Valeh Bədəlovun atası Vahid Bədəlovun isə müalicə xərcləri Fond tərəfindən qarşılanıb.

 

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş