Yasamalda “xruşovka”lar sökülür

Xəbərlər

15.11.2021 - 12:38

Həkimlər Klinikalar SEO Xidməti

Layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənib

Bakının Yasamal rayonunda “xruşovka”ların mərhələli şəkildə söküntüsünə başlanılıb.

AYNA Trend-ə istinadən xəbər verir ki, hazırda A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli binalardan birində söküntü işi aparılır.

Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov bildirib ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.

“Layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənib. Söküntü işini şirkət aparır. Pilot layihə deyil”, - deyə o əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş