Yasamalda restoranda yanğın olub

Hadisə

27.11.2023 - 15:26

Həkimlər Klinikalar SEO Xidməti

Restoran və mənzillər yanğından mühafizə olunub

Bakı şəhərinin Yasamal rayonunda restoranda yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 240 m² olan obyektin (restoran kimi fəaliyyət göstərir) mətbəxində 1 ədəd fri aparatı və havalandırma qurğusunda yağ qalıqları yanıb.

Restoran və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş