Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Bakının Yasamal və Nərimanov rayonlarında oğurluq edən 2 şəxs saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Yasamal rayonunda yerləşən restoranların birindən 5580 manat dəyərində kompüter, 2 monitor və məişət əşyaları oğurlanıb.
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı E. Mikayılov müəyyən olunaraq saxlanılıb.
Nərimanov rayonunda isə paytaxt sakininə məxsus 1000 manat dəyərində skuteri oğurlamaqda şübhəli bilinən 22 yaşlı F.İsmayılov da polis əməkdaşları tərəfindən saxlanılıb.