DİN vətəndaşlardan karantin rejimi qaydalarına riayət etmələrini xahiş edir
Ev şəraitində müalicə təyin edilən yeddi nəfər aktiv koronavirus (COVID-19) xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, altı nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
“Daxili işlər orqanları tərəfindən əhalinin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir. Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik”, - DİN-in məlumatında qeyd olunub.