Yas mərasiminə görə cərimələndilər, amma yenə məclis qurdular

Xəbərlər

06.07.2020 - 16:39

cedabet dərman SEO Xidməti

Bakıda yas mərasimi təşkil etmək istəyənlər saxlanılıblar

 

İyulun 3-də Suraxanı rayonu Hövsan qəsəbəsində M.Mustafayev adlı şəxsin dəfn mərasimində xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin pozulması halı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsi 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin dəfn mərasimindən yayılan görüntülərdə əks olunan şəxslər polis şöbəsinə dəvət ediliblər. Onların barələrində inzibati tənbeh tədbiri tətbiq olunub və həmin şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun qaydada məsuliyyətə cəlb ediliblər.

 

Buna baxmayaraq iyulun 6-da Hövsan qəsəbəsində sanitar-karantin rejiminin tələblərinə zidd olaraq, bir qrup qəsəbə sakini M.Mustafayev adlı şəxsin “üç” mərasimini yenidən təşkil etməyə cəhd göstərib. Bu cəhdin də qarşısı 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən alınıb. Karantin qaydarını pozaraq yas mərasimi təşkil etmək istəyən on nəfər saxlanılaraq polis şöbəsinə gətirilib. Onların barəsində də İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ciddi intizam tədbiri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş