Yaponiyanın Baş naziri Trampı Nobel Sülh Mükafatına namizəd göstərib

Dünya

28.10.2025 - 13:15

Takaiçi Tokioda keçirilən görüş zamanı Trampa namizədliklə bağlı sənədləri təqdim edib

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərdiyini açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt deyib.  

Levittin sözlərinə görə, Takaiçi bu barədə Trampla görüş zamanı açıqlayıb.

"The Washington Post" qəzeti Ağ Ev rəsmisinə istinadən bildirib ki, Yaponiya Baş naziri Tokioda keçirilən görüş zamanı Trampa namizədliklə bağlı sənədləri təqdim edib.

Qəzet yazıb ki, Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe də Trampı Şimali Koreya ilə danışıqlarına görə 2019-cu il Nobel Sülh Mükafatına namizəd göstərib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş