Şiqeru İşiba: “Mən Liberal Demokrat Partiyasının sədri vəzifəsindən istefa vermək qərarına gəldim”
Yaponiyanın Baş naziri Şiqeru İşiba istefa vermək qərarına gəlib. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o mətbuat konfransında bildirib.
“Mən Liberal Demokrat Partiyasının sədri vəzifəsindən istefa vermək qərarına gəldim”, - deyə siyasətçi bildirib.
Bundan əvvəl Baş nazir qəfil açıqlamaya görə vətəndaşlardan üzr istəyib.
İşiba bu vəzifəni saxlamaq istəmədiyini və bu qərarı vermək üçün doğru zamanı gözlədiyini xatırladıb. Onun sözlərinə görə, hakimiyyət siyasi islahatlar haqqında qəbul edilmiş qanuna baxmayaraq, yapon xalqının hökumət siyasətinə inamsızlığını aradan qaldıra bilməyib. Baş nazir vurğulayıb ki, hakim partiyanın yenilənməsinə ehtiyac var.
İyul ayında “Mainichi” qəzeti mənbələrə istinadən xəbər verir ki, İşiba öz ətrafına istefa vermək niyyətini açıqlayıb. Bu, Liberal Demokrat Partiyasının parlament seçkilərində məğlubiyyətindən sonra baş verib.