Şiqeru İşiba ölkənin yeni Baş naziri vəzifəsinə təsdiq edilib
Yaponiya Parlamenti hakim Liberal Demokrat Partiyasının rəhbəri Şiqeru İşibanı ölkənin yeni Baş naziri vəzifəsinə təsdiq edib. AYNA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
İşibanın partiya sədri və Yaponiyanın Baş naziri kimi sələfi Fumio Kişida korrupsiya da daxil olmaqla qalmaqallar fonunda istefa verib. O, hər iki vəzifədə üç il çalışıb və bu müddət ərzində onun ölkədəki reytinqi 50%-dən 16%-ə düşüb. Bununla yanaşı, Yaponiyada İkinci Dünya müharibəsindən sonra demək olar ki, hər zaman hakimiyyətdə olan Liberal Demokrat Partiyasının reytinqi də aşağı düşüb.
İşiba Kişidanın siyasətini davam etdirəcəyini vəd edib. Buraya daxildir: deflyasiya ilə mübarizə aparmaq, maaşların artırılmasına təkan vermək, doğum nisbətinin azalması aradan qaldırmaq, əhalinin sayının azalması dayandırmaq və Yaponiyanı təbii fəlakətlərə daha davamlı etmək.
Yeni Baş nazir həmçinin NATO-nun Asiya versiyasının yaradılmasını və regional tərəfdaşlarla Amerikanın nüvə potensialından istifadə məsələsini daha çox müzakirə etməyi təklif edib.
Gözlənilir ki, İşiba növbədənkənar parlament seçkilərini oktyabrın 27-nə təyin edəcək ki, yeni Nazirlər Kabineti “mümkün qədər tez” ictimai dəstək alsın.
Son sorğulara görə, partiyalar arasında Liberal Demokrat Partiyası, Kişidanun uğursuzluğuna baxmayaraq, ən böyük dəstəyə malikdir.