Yaponiya da Fələstin dövlətini tanıyacaq?

Dünya

22.09.2025 - 12:58

"Ölkəmiz üçün məsələ onu dövlət kimi tanıyıb-tanımamaqda deyil, bunu nə vaxt etməkdir”

Hazırda Fələstin dövlətini tanımaq planı olmayan Yaponiya hökuməti ərəb ölkəsini nə vaxt tanıyıb-tanımayacağı barədə düşünür. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə bəzi ölkələrin Fələstin dövlətini tanınması ilə bağlı qərarlarını şərh edən Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi deyib.

"Ölkəmiz üçün məsələ onu dövlət kimi tanıyıb-tanımamaqda deyil, bunu nə vaxt etməkdir. Buna əsaslanaraq, gələcək hadisələri diqqətlə izləyəcək və bu məsələyə diqqətlə baxacağıq", - deyə qeyd edib.

Xatırladaq ki, dünən Böyük Britaniya və İspaniya Fələstin dövlətini tanıdığını bəyan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş