İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədləri MSK-ya təqdim olunub
Hakim Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. AYNA xəbər verir ki, bu barədə YAP-dan bildirilib.
Qeyd edək ki, YAP İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.
Xatırladaq ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.