YAP seçici imzalarını MSK-ya təqdim edib

Xəbərlər

26.12.2023 - 18:52

50 min seçici imzasının olduğu imza vərəqələri MSK-ya təqdim olunub

Yeni Azərbaycan Partiyası (YAP) 50 min seçici imzasının olduğu imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. AYNA xəbər verir ki, bu barədə YAP-dan bildirilib.

Qeyd edilib ki, YAP 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə bu gün, dekabrın 26-da MSK-ya təqdim edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş