YAP-ın növbədənkənar prezident seçkilərində namizədi bəlli oldu

Xəbərlər

12.12.2023 - 10:54

Prezident İlham Əliyev hakim partiyanın seçkilərdə namizədi olacaq

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq.

AYNA xəbər verir ki, bu barədə YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov məlumat verib.

Budaqov bildirib ki, YAP İdarə Heyəti növbədənkənar prezident seçkiləri ilə əlaqədar tədbirlər planını yekunlaşdırmaq üzrədir.

YAP rəsmisi qeyd edib ki, yaxın günlərdə YAP İdarə Heyətinin iclası olacaq, vaxtı açıqlanacaq.

T.Budaqov vurğulayıb ki, prezidentliyə namizəd YAP İdarə Heyətinin iclasında irəli sürüləcək. O qeyd edib ki, sonuncu qurultayda İdarə heyətinə belə bir səlahiyyət verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş