Yanğın təhlükəli maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb - VİDEO

Hadisə

07.01.2025 - 13:28

Həkimlər Klinikalar SEO Xidməti

Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yanğın təhlükəli maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən maye qazdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən maye qazdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş