“İrəvan və Bakı arasında danışıqlar prosesi etimad mühitində olmalıdır”
ATƏT Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesini dəstəkləyir. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə İrəvanda keçirilən mətbuat konfransında təşkilatın hazırkı sədri, Maltanın xarici işlər naziri Yan Borq deyib.
Borq vurğulayıb ki, İrəvan və Bakı arasında danışıqlar prosesi etimad mühitində olmalıdır, bərabər danışıqlar aparılmalıdır.
ATƏT sədri hesab edir ki, onilliklər davam edən münaqişə sona çata bilər.