Yağmursuz hava müşahidə olunur

Xəbərlər

25.02.2025 - 15:50

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda və Abşeron yarımadasında 7 dərəcə isti var

Fevralın 25-i saat 14:30-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, fevralın 25-i saat 14:30-a olan məlumatına əsasən hazırda ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur.

 

Əvvəlcədən xəbər verildiyi kimi, sarı xəbərdarlığa uyğun olaraq Zəngilanda 19 m/s, Mingəçevirdə 18 m/s, Göyçay və Qobustanda 16 m/s, Daşkəsən və Yardımlıda 15 m/s-dək qərb küləyi əsir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 6, yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş