Yadrov: “Rusiya ABŞ ilə hava əlaqəsini bərpa etməyə hazırdır”

Dünya

10.02.2026 - 10:08

“Uçuşların bərpası üçün Rusiya aviaşirkətlərinə tətbiq edilən bütün məhdudiyyətlər aradan qaldırılmalıdır”

Rusiya ABŞ-la birbaşa hava əlaqəsini bərpa etməyə hazırdır. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Dmitri Yadrov deyib.

O ABŞ-a “uçuşların bərpası üçün əvvəllər Rusiya aviaşirkətlərinə tətbiq edilən bütün məhdudiyyətlərin aradan qaldırılmalı” olduğunu vurğulayıb.

Yadrov həmçinin qeyd edib ki, Rusiya ABŞ ilə hava əlaqəsini bərpa etməyə hazırdır.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında birbaşa uçuşlar 2022-ci ilin fevral ayından dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş