Tramp UNO ilə bağlı məxfi hökumət sənədlərinin aşkar edilməsi barədə qərarını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp kənar sivilizasiyalar və Naməlum Uçan Obyektlərlə (UNO) bağlı məxfi hökumət sənədlərinin aşkar edilməsi barədə qərarını açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Tramp Pentaqon rəhbəri Pit Heqsetə kənar sivilizasiyalar və UNO haqqında bəhs edən hökumət sənədlərinin məxfiliyinin ləğv edilməsini tapşıracağını deyib.
"Mən müdafiə nazirinə müvafiq departamentlərə və agentliklərə yadplanetli və kənar sivilizasiyaların həyatı, naməlum hava hadisələri və uçan obyektlərlə bağlı hökumət sənədlərinin müəyyən edilməsi və açıqlanması prosesinə başlamağı tapşıracağam", - deyə Tramp qeyd edib.
Amerika lideri vurğulayıb ki, çox mürəkkəb, lakin vacib və maraqlı məsələlərlə bağlı digər məlumatları ehtiva edən sənədlər də ictimaiyyətə təqdim olunacaq.