Yabanı halda bitmiş 5 minə yaxın çətənə kolu məhv edilib

Xəbərlər

01.08.2025 - 19:58

Çəkisi 20,5 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 28 ədəd çətənə kolu götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 31-də ümumi çəkisi 20,5 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 28 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 730 kiloqram çəkidə 4 min 566 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş