3,3 tona yaxın çəkidə, 6 min 300 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində iyulun 14-də yabanı halda bitən 3,3 tona yaxın çəkidə, 6 min 300 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, bu istiqamətdə tədbirlər davam etdirilir.