2 pulemyot, 1 avtomat, 1 “Faqot” digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının bu günlərdə rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni hərbi birləşmələrinə məxsus silah-sursat aşkar edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, aşkar edilən 2 pulemyot, 1 avtomat, 1 “Faqot”(tank əleyhinə raket kompleksi), 98 müxtəlif çaplı mərmi, 6 290 müxtəlif çaplı patron və digər döyüş sursatı aidiyyəti üzrə təhvil verilib.