Xocavənddə avtomat və qumbaralar tapılıb

Xəbərlər

04.01.2024 - 20:03

7 avtomat, 2 əl qumbarası, müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən 7 avtomat, 2 əl qumbarası, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edilərək götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş