Xocavənddə 30-dan çox mina aşkarlanıb

Xəbərlər

11.02.2021 - 12:51

Həkimlər Klinikalar SEO Xidməti

Minaların təhlükəsiz şəkildə partladılması təmin olunub

 

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları xidməti fəaliyyətlə əlaqədar Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində olan zaman orada düşmən tərəfindən qoyulmuş xeyli sayda mina aşkar ediblər. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

 

Dərhal bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Əraziyə baxış keçirilən zaman müxtəlif adda tank və piyada əleyhinə 33 ədəd mina müəyyən edilib və müvafiq tədbirlərlə həmin minaların təhlükəsiz şəkildə partladılması təmin olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş