Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb

Hadisə

05.08.2025 - 14:03

Murad Abdulxalıqov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub

Avqustun 4-də Xocalı rayonunun Xanyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan AYNA.AZ-a bildirilib ki, araşdırmalarla yanğının 2004-cü il təvəllüdlü Murad Abdulxalıqovun ərazidə məişət tullantılarını yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində təxminən 500 kv.m sahədə kol-kos yanıb.

Murad Abdulxalıqov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş