Xızıda iki nəfər donmaqdan xilas edilib – <font color=red> VİDEO</font>

Hadisə

07.03.2021 - 15:27

Həkimlər Klinikalar SEO Xidməti

FHN avtomobildə qalmış şəxslərin həyatını qurtarıb

 

Xızı rayonunun Qızılqazma kəndində iki nəfər VAZ markalı minik avtomobilində qarlı-şaxtalı hava şəraitində yolda köməksiz vəziyyətdə qalıb. AYNA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

Qeyd olunub ki, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

 

Yanğınsöndürən - xilasedicilər tərəfindən görülmüş operativ tədbirlər nəticəsində avtonəqliyyat vasitəsi təhlükəsiz əraziyə çıxarılaraq hərəkəti təmin olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş