Xırdalanda yanğın

Hadisə

25.11.2025 - 16:39

Fərdi evdə baş verən yanğın söndürülüb

Xırdalanda fərdi evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA.AZ-a bildirilib ki, "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş