İki əraziyə içməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcək
Abşeron rayonunun Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsinə məhdudiyyət tətbiq olunacaq. Bu barədə AYNA-ya "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xırdalan şəhərində yeni çəkilmiş içməli su şəbəkəsinə birləşmələrin verilməsi və köhnə xətlərin ləğvi ilə əlaqədar 31 yanvar 2020-ci il tarixində gün ərzində şəhərin 26-cı məhəlləsinə və “Quşçuluq massivi” adlanan ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.