Xırdalanda səkidə ağaclar kəsilib

Xəbərlər

05.01.2026 - 14:29

Vəzifəli şəxs 13 min 250 manat məbləğində cərimələnib

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 541 ünvanında yeni tikilmiş yaşayış binasının qarşısında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb. AYNA.AZ xəbər verir ki, bu barədə İdarənin rəisi Asif Məcidov bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı ağacların yaşayış binasının qarşısında tikinti və abadlaşdırma işləri aparılan zaman tikintiyə cavabdeh şəxs Vüsal Fərzəliyev tərəfindən kəsildiyi müəyyənləşib.

Faktla bağlı V.Fərzəliyev barəsində akt, protokol tərtib edilib və ona vəzifəli şəxs qismində 13 min 250 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Qeyd edək ki, ağacların kəsilməsi ilə bağlı sosial mediada paylaşım edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş