Oğurluqda şübhəli bilinən bir nəfər saxlanılıb
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mağazaların birindən 18 460 manat pul oğurlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli bilinən Ramiz İsgəndərov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.