Xırdalanda karantinin tələblərini pozan kafe aşkarlanıb

Xəbərlər

23.12.2020 - 14:49

Kafedə olan yeddi müştəri və obyektin sahibi saxlanılıb

 

Abşeron rayonu Xırdalan şəhərində xüsusi karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib. AyNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki prospektlərdən birində fəaliyyət göstərən obyekt müəyyən olunub.

 

Ora baxış zamanı kafedə olan yeddi müştəri və obyektin sahibi saxlanılaraq Polis İdarəsinə gətiriliblər. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edilib və cərimələniblər.

Müəllif: Ayna.az