Baytarlıq ekspertizası aparılmadan ət satışının həyata keçirildiyi müəyyən olunub
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan AYNA-ya verilən məlumata görə, Abşeron rayonunda Xırdalan şəhəri, M.Hüseyinzadə küçəsi, ev 1, döngə 5 ünvanında Məmmədov Aydın Ərşad oğluna məxsus heyvan kəsimi və ət satışı məntəqəsinə baxış keçirilib.
Baxış zamanı məntəqədə antisanitar şəraitdə qanunsuz heyvan kəsimi və baytarlıq ekspertizası aparılmadan ət satışının həyata keçirildiyi müəyyən olunub.
Aşkar edilmiş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.