Xırdalanda çoxmərtəbəli binada yanğın olub

Hadisə

07.10.2021 - 23:23

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə zamanı xəsarət alan olmayıb

Xırdalan şəhərində çoxmərtəbəli binada yanğın hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən yaşayış binasının 11-ci mərtəbəsinin eyvanında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, "112" qaynar xətt nömrəsinə sözügedən binada yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunub.

Qurum rəsmisi qeyd edib ki, qısa müddətdə alovun qarşısı alınıb, yanğın digər mənzillərə keçməyib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş